Venesuelanın xarici ticarət və sərmayələr naziri Azərbaycana gələcək
Bizi izləyin

İqtisadi gündəm

Venesuelanın xarici ticarət və sərmayələr naziri Azərbaycana gələcək

Bunu Venesuela prezidenti Nikolas Maduro bildirib

Venesuelanın xarici ticarət və sərmayələr naziri Xesus Farias Azərbaycana gələcək.

Publika.az xəbər verir ki, bunu Venesuela prezidenti Nikolas Maduro oktyabrın 22-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edərkən bildirib.

"Yaxın vaxtlarda xarici ticarət və sərmayələr naziri Xesus Farias ticari münasibətlərin stimullaşdırılması, təmasların qurulması və məlumat mübadiləsi istiqamətində zəruri addımların atılması üçün Bakıya səfər edəcək", - deyə Nikolas Maduro qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm