Sahib Ələkbərov: “Hədəflər üçün bütün imkanlar yaradılıb”
Bizi izləyin

İqtisadi gündəm

Sahib Ələkbərov: “Hədəflər üçün bütün imkanlar yaradılıb”

Sahib Ələkbərov: “Hədəflər üçün bütün imkanlar yaradılıb”

Vergilər Nazirliyi dövlət vergi orqanları qarşısında qoyulan məqsəd və vəzifələrə nail olunması üçün insan resurslarının inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır.

Publika.az xəbər verir ki, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. O bildirib ki, bu sahədə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün zəruri qanunvericilik, institusional və maddi-texniki baza artıq yaradılıb: “27 ay davam edən Tvinninq Layihəsinin icrası zamanı Vergilər Nazirliyinin aidiyyəti əməkdaşları insan resurslarının idarə edilməsi, risklərin analizi üçün informasiyaların toplanması və təhlili üsulları sahəsində İspaniya və Fransa vergi administrasiyalarının ən yaxşı təcrübəsini ətraflı şəkildə öyrəniblər.

Bu müddət ərzində insan resurslarının inkişafı sahəsində uzunmüddətli strategiya və tədbirlər planının layihəsi, insan resurslarının idarə edilməsi sahəsində bir sıra qaydalar, tədris-təlim proqramları, üsulları və təlim keçmək üçün metodik materiallar, o cümlədən yekun hesabat hazırlanıb, 2 kitab nəşr olunub”.

S.Ələkbərov layihə üzrə görülmüş və bundan sonra görülməsi nəzərdə tutulan işlərin ölkədə aparılan islahatlar çərçivəsində vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə və vergi daxilolmalarının artımına töhfə verəcəyinə əminliyini bildirib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm