Nazir: “Azərbaycanda 58 milyard manatlıq ÜDM istehsalı gözlənilir”
Bizi izləyin

İqtisadi gündəm

Nazir: “Azərbaycanda 58 milyard manatlıq ÜDM istehsalı gözlənilir”

Qlobal iqtisadiyyatda baş verən proseslərin ölkə iqtisadiyyatına təsirinin azaldılması istiqamətində müvafiq tədbirlər görülüb.

“Bu ilin sonunda Azərbaycanda 58 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsalı gözlənilir”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsində çıxışı zamanı maliyyə naziri Samir Şərifov bildirib.

Nazir deyib ki, 2017-ci ilin sonuna iqtisadiyyatın 2,8 faizlik böhrana məruz qalacağı gözlənilir: “Bu il qlobal iqtisadiyyatda baş verən proseslərin ölkə iqtisadiyyatına təsirinin azaldılması istiqamətində müvafiq tədbirlər görülüb. Cari ildə görülən tədbirlərin 2017-ci ildə də davam etdirilməsi və genişləndirilməsi, ünvanlılıq və səmərəliliyin artırılması, yeni çağırışlara baxmayaraq makroiqtisadi sabitliyin qorunması əsas hədəflərdəndir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm