2017-də partiyalara nə qədər pul ayrılacaq? - NAZİR AÇIQLADI
Bizi izləyin

İqtisadi gündəm

2017-də partiyalara nə qədər pul ayrılacaq? - NAZİR AÇIQLADI

“Azərbaycanın 2017-ci ilin dövlət büdcəsi layihəsində siyasi partiyalara 2,5 milyon manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur”.

Publika.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bu gün Milli Məclisdə 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

S.Şərifov deyib ki, 2017 və sonrakı illərdə infrastruktur layihələrinin icrası üçün ayrılacaq maliyyə vəsaitinin həcmləri azaldılır:

“Sərt monetar siyasətin nəticəsi olaraq, Dövlət Neft Fondunun aktivlərində azalmanın qarşısı alınıb. Bu ilin sonuna Dövlət Neft Fondunun aktivləri 3,9 milyard ABŞ dolları azalmalı idi. 2016-ci ilin ötən dövründə Azərbaycan Mərkəzi Bankı və hökumətin atdığı addımların və sərt monetar siyasətin nəticəsi olaraq, Dövlət Neft Fondunun aktivlərində azalmanın qarşısını alıb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm