Tarif Şurasının qərarına Samir Şərifovdan MÜNASİBƏT
Bizi izləyin

İqtisadi gündəm

Tarif Şurasının qərarına Samir Şərifovdan MÜNASİBƏT

"Həmin gəlir əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinə yönəldiləcək".

Maliyyə naziri Samir Şərifov Tarif Şurasının elektrik enerjisi və təbii qazın qiymətlərinin qaldırılması ilə bağlı qəbul etdiyi qərarına münasibət bildirib.

Publika.az xəbər verir ki, maliyyə naziri S.Şərifov bu gün Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq, təbii ehtiyatlar, energetika və ekologiya, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, aqrar siyasət, ictimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında çıxışı zamanı deyib ki, iki gün əvvəl Tarif Şurası tərəfindən qəbul olunan qərarla bir sıra enerji məhsulları üzrə diferensiallaşmış tariflərin tətbiq olunması məqsədəuyğun hesab edilib:

“Bununla əlaqədar, 2017-ci ilin dövlət büdcəsinin Milli Məclisə təqdim edilmiş layihəsində nəzərdə tutulan gəlirlər üzrə daxilolmaların artacağı gözlənilir”.

S.Şərifov qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə həmin gəlirlərin əhəmiyyətli hissəsi əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinə yönəldiləcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm