• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Elman Rüstəmov: “Neftin 10 dollar düşməsi 1,7 milyard itki deməkdir”

Elman Rüstəmov: “Neftin 10 dollar düşməsi 1,7 milyard itki deməkdir”

“Azərbaycan hökumətinin itkiləri qarşılamaq üçün kifayət qədər ehtiyatları və maliyyə resursları var. Bunun nəticəsində də Azərbaycan bütövlükdə öz siyasətini formalaşdıra bilir”.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmov qeyd edib ki, gəlirlərin artması Azərbaycan üçün çox əhəmiyyətlidir:

“Neftin qiyməti 30-40 dollar artsa, daha yaxşı olar. Hətta, yüksək neft qiymətləri nəzərə alınmadan artıq post-neft erası yeni iqtisadi modelə keçibdir. Dünyada yeni çağırışlar var. Biz də bunu nəzərə almalıyıq”.

E.Rüstəmov bildirib ki, neftin qiyməti Azərbaycan iqtisadiyyatı üçün çox ciddi amildir:

“Digər neft ixracatçıları olan ölkələrdə də neftin qiyməti makroiqtisadi göstəricilərdəndir. Burada iki əsas məsələni qeyd etmək istəyirəm. Bütövlükdə Azərbaycan iqtisadiyyatı görülən işlər nəticəsində, həm pul-kredit, valyuta siyasəti, həm də büdcə siyasəti çərçivəsində görülən işlər manatın qiymətini obrazlı desək, 45-55 dollar səviyyəsində üzməsinə tam adaptasiya olunub. Neftin qiymətinin bu intervalda 10 dollar qalxması əlavə 1,7 milayrd dollar gəlir deməkdir. Yaxud da 10 dollar düşməsi 1,7 milayrd dollar itki deməkdir”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR