Mərkəzi Bankın sədri Zahid Orucun iradlarına cavab verdi
Bizi izləyin

İqtisadi gündəm

Mərkəzi Bankın sədri Zahid Orucun iradlarına cavab verdi

"Hələ ki, susmağa üstünlük veririk".

“Maliyyə Sabitliyi Şurasında Azərbaycanın yeni iqtisadi modeli haqqında müvafiq sənəd hazırlanır”.

Publika.az xəbər verir ki, bunu Azərbaycanın Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün Milli Məclisdə 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

E.Rüstəmov deyib ki, hələlik bunun detalları tam açıqlanmır:

“Hazırda Maliyyə Sabitliyi Şurasından ciddi iş və müzakirələr gedir. Bütövlükdə makroiqtisadi sabitlik iqtisadi və sosial sabitliləşdirmə, yeni iqtisadi modelə keçməklə bağlı yeni sənəd üzərində işləyirik. Susmağımızın səbəbi budur. Bu sənəd razılaşdırılmayana qədər hələ ki, susmağa üstünlük veririk. Ancaq bütövlükdə Zahid Oruc və digər deputatların iradlarını qəbul edirik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm