Nazir: "Məqsədimiz valyuta bazarında sabitliyə nail olmaqdır” - BÜDCƏ MÜZAKİRƏSİ - (YENİLƏNİR)
Bizi izləyin

İqtisadi gündəm

Nazir: "Məqsədimiz valyuta bazarında sabitliyə nail olmaqdır” - BÜDCƏ MÜZAKİRƏSİ - (YENİLƏNİR)

Milli Məclisdə 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi bu gün də davam edib.

Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi bu gün də davam edib.

Publika.az xəbər verir ki, çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, bugünkü iclasda 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsi, “Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcə layihəsi, "2017-ci il üçün yaşayış minimumu haqqında" və "2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirə olunacaq.

Daha sonra maliyyə naziri Samir Şərifovun çıxışı başlayıb.

Nazir bildirib ki, bu il Azərbaycanda həyata keçirilən fiskal-büdcə siyasəti 2017-ci ildə də davam etdiriləcək.

O deyib ki, bank sistemində pozulmuş sabitlik, bir sıra bankların bağlanması, dollarlaşma meyilləri, cari ilin ötən dövründə ÜDM-in azalması ölkənin üzləşdiyi yeni makroiqtisadi vəziyyətin mürəkkəbliyini göstəririr:

“Dayanıqlı iqtisadi inkişafın, artımın bərpa olunması üçün struktur və institusional islahatlar, bu istiqamətdə mühüm tədbirlərin həyata keçirilməsi özündə maliyyə və valyuta bazarında sağlam və dayanıqlı maliyyə vasitəçiliyinin bərpa olunması, qeyri-neft sektorunun ixracının artırılması və idxalın əvəzlənməsi kimi tədbirləri özündə əks etdirir. Manat emissiyasının azaldılması manatın məzənnəsinə təzyiqlərin azalmasına səbəb olacaq. Bizim məqsədimiz valyuta bazarında gərginliyi azaltmaqla makroiqtisadi sabitliyə nail olmaqdır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm