Nazir: “Gələn il xarici investisiyaların 9,2 milyard manat olacağı proqnozlaşdırılır”
Bizi izləyin

İqtisadi gündəm

Nazir: “Gələn il xarici investisiyaların 9,2 milyard manat olacağı proqnozlaşdırılır”

Yaxın vaxtlarda Azərbaycanda yeni məşğulluq strategiyası hazırlanacaq.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Nazir deyib ki, bundan əlavə, işsizlikdə icbari sığorta da yaradılacaq:

“Həmçinin, özünəməşğulluq proqramının icrası davam etdiriləcək. Gələn il qeyri-neft sektoru üzrə 7,4 faiz artım proqnozlaşdırılır. Azərbaycanda 2017-2020-ci illərdə turizim sektorunun 7,4 faiz artacağı proqnozlaşdırılır. İKT sektorunda artım isə gələn il 6,7 faiz səviyyəsində gözlənilir. Nəqliyyat sektorunun artımı təmin ediləcək və 2,9 faiz proqnozlaşdırlır. Gələn il investisiyaların 15,3 milyard manat, xarici investisiyaların 9,2 milyard manat olacağı proqnozlaşdırılır. Bunun 5,6 milyard manatı qeyr-neft sektoruna yatırılacaq. Bir sıra infrastruktur layihələri davam etdiriləcək”.

Ş.Mustafayev qeyd edib ki, ölkənin 19 rayonunda 116,7 min hektar ərazidə əlavə 26 aqroparkın yaradılması, dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi, müasir texnologiyaların genişləndirlməsi nəzərdə tutulur:

“Piriallahı sənaye parkında dəyəri 74 milyon dollar olan zavodda 89 çeşiddə dərman istehsal olunacaq. Daha iki əczaçılıq zavodunun tikintisinə başlanacaq. Masallı sənaye məhəlləsinə də maraq göstərilir. Artıq 33 layihə təqdim olunub. Bununla ixrac potensialının genişləndirilməsinə imkan yaranacaq”.

Nazir vurğulayıb ki, Sahibkarlığın İnkişafın Kömək Milli Fondunun kredit portfeli artıq 1 milyard manata çatıb:

“Bankların 52 milyon manat əsas kredit borcu var ki, bu da Fondun kredit portfelinin 5,7 fazini təşkil edir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm