FED-in faiz artımına gedəcəyi dəqiqiləşir
Bizi izləyin

İqtisadi gündəm

FED-in faiz artımına gedəcəyi dəqiqiləşir

ABŞ Mərkəz Bankının (Fed) Nyu-York şöbəsinin rəhbəri Ulliam Dudley FED-in faiz nisbətlərini yüksəldəcəyini bildirib.

Publika.az xəbər verir ki, Dudley FED-in qısa dövrdə faiz nisbətlərini yüksəltməsini dəstəkləyəcəyini bəyan edib. Bazarların və sərmayəçilərin bu dəyişikliklərə uyğunlaşdığını deyən Dudley FED-in pul siyasətini təyin edən Federal Açıq Bazar Komitəsinin (FOMC) pul siyasətində gözləniləndən daha sürətli möhkəmlənmənin baş verəcəyini vurğulayıb.

ABŞ-da keçən ay keçirilən prezident seçkilərini xatırladan Dudley bildirib ki, gələn il FOMC-in pul siyasətiylə bağlı fikirləri yenilənəcək.

Qeyd edək ki, FED-in növbəti toplantısı dekabrın 13-14-də keçiriləcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm