Deputat: “Əlimizdəki vəsaiti dəyişmək üçün pul tapa bilmirik”
Bizi izləyin

İqtisadi gündəm

Deputat: “Əlimizdəki vəsaiti dəyişmək üçün pul tapa bilmirik”

"Başa düşə bilmirəm ki, bu valyutadəyişmə mənətəqləri niyə qapadıldı".

“Azərbaycanda məktəblər inşa olunur və istilik təchizatı sistemi qurulur. Ancaq “Azəristiliktəchizat”ın SOCAR-a borcu olduğundan bəzi məktəblərdə istilik sistemi işləmir”.

Publika.az xəbər verir ki, bunu Milli Məclisinin bu gün keçirilən plenar iclasında Azərbaycanın 2017-ci il üzrə büdcə zərfinin müzakirəsi zamanı millət vəkili Elmira Axundova bildirib.

Deputat deyib ki, Azərbaycanın bəzi məktəblərində istilik sistemləri işləmir. O, buna görə “Azəristiliktəchizat” ASC-nin fəaliyyətindən narazı olduğunu söyləyib:

“Məndə olan məlumata görə, hazırda 100-ə yaxın məktəbdə bu problem mövcuddur. Nəticədə şagirdlər soyuq şəraitdə dərs keçməli olur, müəllimlər isə böyrək xəstəliyindən əziyyət çəkir. Bu problem öz həllini tapmalıdır”.

E.Axundova valyutadəyişmə məntəqələrinin yenidən bərpa olunmasının da vacibliyini bildirib:

“Bu gün ölkədə “qara bazar” tüğyan edir. Günlərlə əlimizdəki pulu valyutaya dəyişmək istəyirik, amma tapa bilmirik. Ancaq “qara bazar”da nə qədər istəyirsən, valyuta tapa bilərsən. Ona görə də valyutadəyişmə məntəqələrinin bərpa edilməsini təklif edirəm. Ümumiyyətlə, başa düşə bilmirəm ki, bu valyutadəyişmə mənətəqləri niyə qapadıldı. Axı bununla həm də peşəkarlar prosesdən kənarda qaldı. Həm də işsizlik yarandı. Valyutadəyişmə məntəqələrinin ləğv edilməsi turizm sektoruna da öz mənfi təsiri göstərir. Odur ki, hökumət vəziyyəti dəyərləndirməli və düzgün qərar verməlidir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm