“1 nəfər medal aldı, az qaldılar ona "Milli Qəhrəman" adı versinlər”
Bizi izləyin

İqtisadi gündəm

“1 nəfər medal aldı, az qaldılar ona "Milli Qəhrəman" adı versinlər”

"Aztəminatlı ailələr nəzərə alınmalı və onlara ayrılan vəsait azaldılmamalıdır".

“2017-ci ilin büdcəsi hazırlanarkən bütün imkanlar nəzərə alınıb, büdcə layihəsi qanunvericiliyin tələblərinə uyğun olaraq təqdim olunub. Bu, Prezidentin ölkədə apardığı iqtisadi islahatın nəticəsidir”.

Publika.az-ın xəbərinə görə, bunu YAP icra-katibinin müavini, deputat Siyavuş Novruzov Milli Məclisin iclasında 2017-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, 2016-ci ildə Milli Məclisin qəbul etdiyi qanun və dəyişikliklər iqtisadiyyatın inkişafına, vergi, maliyyə- kredit sisteminin formalaşmasına eləcə də sosial sahələrə həsr olunub:

“Bu müddət ərzində biz 100-lərlə qanun qəbul etmişik ki, onların nəticəsində Azərbaycan iqtisadiyyatı daha da inkişaf edəcək”.

O qeyd edib ki, aztəminatlı ailələr nəzərə alınmalı və onlara ayrılan vəsait azaldılmamalıdır:

“Bura şəhid ailələri, müharibə veteranları da daxildir. Büdəcədə sosial sahəyə ayrılan vəsaitin dəyişməməsi çox yaxşı haldır. Azərbaycan sosial dövlət olduğu üçün bu sahə ilə bağlı gedən proseslər davamlı şəkildə həyata keçirilir. Digər sahələrdə isə islahatlar aparılmalıdır. İlk növbədə kiçik və orta sahibkarlığa yaşıl ışıq yandırmalı, bəzi hallarda kiçik sahibkarlar ümumiyyətlə vergidən azad edilməli, orta sahibkarlığa isə vergi dərəcələri aşağı salınmalıdır. Bu növbəti il üçün yeni gəlirlərin gətirilməsinə imkan yarada bilər”.

S. Novruzov qeyd edib ki, Azərbaycan neft strategiyasındən ən uğurlu istifadə edən ölkələrdən biri olub:

“Neftin qiyməti baha olan zaman bir qrup insan hesab edirdi ki, neft gələcək nəsillərə, bir qrupu düşünürdü ki, Dövlət Neft Fonduna yığılmalıdır. Lakin Azərbaycan dövləti ölkə başçısının rəhbərliyi ilə neft strategiyasını düzgün həyata keçirərək sosial sahəyə diqqət etdi və nəticə etibarı ilə ölkədə 3 mindən artıq məktəb 600 xəstəxana və diaqnostika mərkəzi, 100-ə axın idman obyektləri tikildi, yollar, körpülər salındı. Burada oturan insanlar həmişə bunu uğrulu siyasət kimi tərif edirdilər, lakin indi görürəm ki bəziləri tənqidi hissəyə keçiblər. Misal üçün həmkarlarımızdan biri 7 il bundan öncə olan məsələni araşdıraraq idman obyekləri və tədbirləri ilə bağlı fikirlər səsləndirməyə başlayıb. İdman Azərbaycanın təbliğidir.

Olimpiadada Azərbaycan bayrağının qaldırılması ölkəmizin maraqlarını təmsil edir. Bu təmsilçiliyə də maliyyə ayrılmalıdır. Maliyyə ayrılmadıqda hansı işləri görülə bilərik? Tacikistanda cəmi 1 nəfər medal aldı, az qaldılar ona milli qəhrəman adı versinlər. Lakin Azərbaycanda kifayət qədər idmançılar ölkəmizi təbliğ edirlər. Bu baxımdan ölkəmizdə keçirilən I Avropa Oyunları, Formula-1, İslam Həmrəylik Oyunlarına diqqət ayırmalıyıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm