Gələn il yaşayış minimumu artırılacaq
Bizi izləyin

İqtisadi gündəm

Gələn il yaşayış minimumu artırılacaq

Azərbaycanda gələn ildən yaşayış minimumunun 155 manat olması təklif edilir.

Gələn il üçün yaşayış minimumu 14% və ya 19% manat artırılır. Publika.az-ın xəbərinə görə, bunu Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin iclasında deyib.

"2017-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində Azərbaycanda gələn ildən yaşayış minimumunun 155 manat olması təklif edilir.

Layihədə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12,7% və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2% və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8% və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, bu il üçün yaşayış minimumu 136 manat təşkil edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm