Spiker deputata əsəbiləşdi
Bizi izləyin

İqtisadi gündəm

Spiker deputata əsəbiləşdi

"Cənab Baş nazir, sizin sərəncamınızla ayrılmış o milyonların hara xərcləndiyi açıqlanmayıb".

Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili Bəxtiyar Əliyev deputatlar üçün tikilməsi nəzərdə tutulan evlərə ayrılan milyonların hara xərcləndiyini öyrənmək üçün Baş nazir Artur Rasizadəyə müraciət edib.

Publika.az xəbər verir ki, B.Əliyev sözügedən vəsaitin hara xərclənməsindən deputatların məlumatsız olduğunu bildirib:

“Yəqin xatırlayırsınız ki, vaxtı ilə deputatlar və digər kateqoriyadan olan insanlar üçün mənzillər tikilirdi. Baş nazir Artur Rasizadənin 2006-cı ildə verdiyi sərəncamla konpensasiya verilmək şərti ilə yüksək məbləğdə dövlət vəsaiti hesabına deputatlar üçün binaların tikilməsi nəzərdə tutulmuşdu. Üstündən 10 il keçib və dövlət büdcəsindən milyonlarla vəsait o şirkətlərə ayrılıb. Amma 10 il keçməsinə baxmayaraq, o şirkət hələ də bu mənzilləri tikib insanlara təhvil verməyib. Ona görə də mən Baş nazirə burada müraciət edirəm. Cənab Baş nazir, sizin sərəncamınızla ayrılmış o milyonların 10 il keçməsinə baxmayaraq, hələ də hara xərcləndiyi açıqlanmayıb və bu istiqamətdə işlər görülməyib. Bunun araşdırılmasına göstəriş verin. Nədənsə bu məsələ indiyə kimi öz həllini tapa bilmir”.

Spiker Oqtay Əsədov isə Bəxtiyar Əliyevə cavab verib:

“Bəxtiyar müəllim, siz 2002-ci ildə deputat üçün tikilən mənzillərdən danışırsınız? Orada növbədə olan deputatların 80 faizi ya pullarını, ya da mənzillərini alıblar. İndi də binanı başa çatdırırlar. Bina başa çatan kimi kimin orada mənzili varsa, alacaq. Orada heç problem olmayıb”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm