“Yeni yol xəritəsi dövlət büdcəsinin neft gəlirlərindən asılılığına tamamilə son qoyacaq”
Bizi izləyin

İqtisadi gündəm

“Yeni yol xəritəsi dövlət büdcəsinin neft gəlirlərindən asılılığına tamamilə son qoyacaq”

"Bu, son dərəcə mühüm sənəddir".

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı Prezident İlham Əliyevin Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında fərmanının əhəmiyyətindən danışıb.

F.Ağamalı Publika.az-a açıqlamasında deyib ki, bu, tam vaxtında imzalanan sənəddir.

Onun sözlərinə görə, bu fərmanda Azərbaycan iqtisadiyyatının bütün sahələrini özündə ehtiva edən yol xəritəsi əks olunur:

“Bu yol xəritəsi isə 2017-2030-cu illəri əhatə edəcək. Bu dövrdə yol xəritəsində ehtiva olunan strateji vəzifələr icra olunacaq. Həmin sənədə uyğun olaraq, ölkə iqtisadiyyatının şaxələndirilməsi, konkret olaraq kənd təsərrüfatı, kimya sənayesi, ağır və yüngül sənaye inkişaf etdiriləcək. Bütün bunlar isə Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfələr verəcək. Bu yol xəritəsi zamanında ölkə iqtisadiyyatının sürətlə inkişafına və Azərbaycanın dövlət büdcəsinin neft gəlirlərindən asılılığının tamamilə azad edilməsinə gətirib çıxaracaq. Bu, son dərəcə mühüm sənəddir. Mən tam əminəm ki, bu sənəd Azərbaycanın sosial-iqtisadi inkişafına və dövlətin güclənməsinə ciddi töhfələr verəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm