Neft hasilatının azaldılması ilə bağlı razılıq əldə olundu
Bizi izləyin

İqtisadi gündəm

Neft hasilatının azaldılması ilə bağlı razılıq əldə olundu

OPEC-ə üzv olmayan dövlətlərlə hasilatı gündəlik 600 min barrel həcmində azaltmaqla bağlı razılıq əldə olunub.

Neft ölkələrinin bu gün Vyanada keçirilən sammitində OPEC-ə üzv olmayan dövlətlərlə hasilatı gündəlik 600 min barrel həcmində azaltmaqla bağlı razılıq əldə olunub.

Trend "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, əvvəl yalnız istehsalın hazırki səviyyəsini dondurmağa hazır olduğunu bəyan edən Qazaxıstan da neft hasilatını azaltmağa razılıq verib.

Qeyd edək ki, noyabrın 30-da OPEC üzvü olan ölkələrin Vyana sammitində neft bazarında qiymətlərin sabitləşməsi məqsədilə hasilatın gələn ilin yanvarından 1,2 milyon barrel azaldaraq, 32,5 milyon barrel səviyyəsinə çatdırmaqla əlaqədar razılıq əldə olunmuşdu. Saziş kartelə daxil olmayan ölkələrin isə gündəlik hasilatı 600 min barrel azaltmalarını nəzərdə tutur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm