“Beynəlxalq Bank”ın cəlb etdiyi borc vəsaitlərinin həcmi artıb
Bizi izləyin

İqtisadi gündəm

“Beynəlxalq Bank”ın cəlb etdiyi borc vəsaitlərinin həcmi artıb

“Beynəlxalq Bank”ın cəlb etdiyi borc vəsaitlərinin həcmi artıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC 2013-cü il üçün audit hesabatını təqdim edib.

Bankın mətbuat xidmətindən Publika.Az-a verilən məlumata görə, bankın aktivləri ötən il 6173,865 mln. manatdan 7661.218 milyon manatadək artıb.

Bu artımın əsasını müştərilərə təqdim edilmiş vəsait və avanslar təşkil edib.İl ərzində 5255.151 mln.manatdan 6617.667 milyon manatadək artıb. Bununla belə, ABB-nin müştəri hesablarında 3104.140 mln.manatdan 3500.854 mln.manatadək artmış, cəlb edilmiş borc vəsaitlərinin həcmi isə 956,830 mln.manatdan 1219,963 milyon manata yüksəlib. Bankın nizamnamə kapitalı 330.834 mln.manatdan 475.038 mln.manatadək, ümumi kapitalı isə 416,237 mln.manatdan 593,578 milyon manatadək artıb. Bankın ümumi mənfəəti ötən il 61.582 mln.manatdan 75,513 mln. manatadək artmasına baxmayaraq, səhmlər üzrə dividendlər 0.05 manatdan 0.04 manatadək azalıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm