Dünya bazarında “Aİ-95”-in qiyməti - ƏN ZƏİF ARTIM BİZDƏDİR - SİYAHI
Bizi izləyin

İqtisadi gündəm

Dünya bazarında “Aİ-95”-in qiyməti - ƏN ZƏİF ARTIM BİZDƏDİR - SİYAHI

“Aİ-92”, “Aİ-93” markalı benzinlərin qiyməti hazırkı səviyyədə qalacaq.

Azərbaycanda "Aİ-95" premium markalı benzinin qiymətində artım baş verib. Belə ki, ölkəyə xaricdən idxal edilən və qiyməti 0.95 AZN təşkil edən "Aİ-95" premium markalı benzinin hazırki qiyməti artıq 1,05 AZN-dir.

Publika.az xəbər verir ki, bu markadan olan yanacaq xarici idxalla əlaqədar olduğundan onun qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir. Bu benzinin ölkədaxili istehlakda payı təqribən 10% təşkil edir. Yəni "Aİ-95" markalı benzindən daha çox lüks avtomobil sürücüləri istifadə edir. Bu səbəbdən artım sürücülərin böyük əksəriyyətinə, xüsusilə orta və aşağı təbəqəyə təsir etməyəcək.

Nəzərə çatdıraq ki, "Aİ-95"-in qiyməti həm region, həm də dünyanın digər ölkələrində bahalaşıb. Məsələn, Gürcüstanda benzinin qiymət artımı bu il yanvarın 1-də baş verib. Ölkənin yanacaqdoldurma məntəqələrində benzinin qiyməti müvafiq olaraq 40- 60 tetri artıb.

Rəsmi açıqlamalara görə, Azərbaycanda “Aİ-95” markalı benzinin bahalaşması digər benzin növlərinin, yəni sürücülərin daha çox istifadə etdiyi “Aİ-92” markalı benzinin qiymətinə təsir etməyəcək. Yəni “Aİ-92”, “Aİ-93” markalı benzinlərin qiyməti hazırkı səviyyədə qalacaq.

“Aİ-95” markalı benzinin digər ölkələr üzrə qiymətlərinə aşağıdakı cədvəldə baxa bilərsiniz.

Avstriya

1.17 avro

Azərbaycan

0.54 avro

Ermənistan

0.72 avro

Belarusiya

0.58 avro

İngiltərə

1.38 avro

Gürcüstan

0.75 avro

Rusiya

0.61 avro

Türkiyə

1.39 avro

Ukrayna

0.86avro

Fransa

1.42 avro

Rumınya

1.03 avro

Polşa

1.08 avro

Norveç

1.81avro

İsveç

1.50 avro

İsveçrə

1.36 avro

Nəzərə çatdıraq ki, 2016-cı ilin sonuna doğru Avropa Birliyində “Aİ95” markalı benzinin dəyəri 0,02 avro bahalaşaraq, ortalama qiymət 1.21 avro təşkil edib. Göründüyü kimi, dünya bazarında gedən prosesə adekvat olaraq, ən zəif artım Azərbaycanda baş verib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm