Ötən il nə aldıq, nə satdıq? - Statistika
Bizi izləyin

İqtisadi gündəm

Ötən il nə aldıq, nə satdıq? - Statistika

Hüquqi və fiziki şəxslər dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 183 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

Publika.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 114 ölkəyə məhsul ixrac olunub. 173 ölkədən idxal reallaşdırılıb. Gömrük orqanlarında qeydiyyatı aparılan, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi 19606,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 11889,5 milyon dollar, idxalın dəyəri 77167 milyon dollar təşkil edib. Nəticədə 4172,8 milyon dollarlıq müsbət ticarət saldo yaranıb.

Kimlərlə ticarət aparmışıq

Ticarət dövriyyəsinin 36,8 faizi Avropa İttifaqı ölkələri, 12,5 faizi MDB üzvü dövlətləri, 50,7 faizi isə dünyanın digər ölkələrinin payına düşüb. İxracın dəyərinin 17,1 faizi İtaliyaya, 12,7 faizi Türkiyəyə, 8,4 faizi Tayvana (Çinin əyaləti), 7,0 faizi Almaniyaya, 6,9 faizi İsrailə, 5,2 faizi Fransaya, 4,8 faizi Hindistana, 4,4 faizi Rusiyaya, 3,7 faizi Gürcüstana, 2,8 faizi Xorvatiyaya, qalan 27,0 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.

İdxal olunan məhsulların dəyərinin 17,8 faizi Rusiyanın, 13,8 faizi Türkiyənin, 8,2 faizi Çinin, 6,1 faizi Birləşmiş Krallığın, 5,6 faizi ABŞ-ın, 4,7 faizi Almaniyanın, 3,9 faizi İtaliyanın, hər biri 3,5 faiz olmaqla Norveç və Yaponiyanın, 3,4 faizi Ukraynanın, 2,6 faizi Sinqapurun, 26,9 faizi isə digər ölkələrin payına düşüb.

Xaricə satdığımız məhsullar və dəyəri

2016-cı ilin yanvar-noyabr aylarında 1117,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu da 2015-ci ilin eyni dövrünə nisbətən real ifadədə 17,8 faiz azdır.

2016-cı ilin yanvar-noyabr aylarında 2015-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 25,9 faiz, təzə tərəvəz – 49,1 faiz, kartof – 4,3 faiz, qara metallardan borular – 5,0 dəfə, pambıq ipliyi – 15,3 faiz artıb. Şəkər ixracı isə 46,9 faiz, bitki yağları – 59,9 faiz, çay – 72,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 89,8 faiz, polietilen – 3,2 faiz, emal olunmamış alüminium – 23,4 faiz azalıb.

Aldığımız məhsullar

2015-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 2016-cı ilin yanvar-noyabr aylarında buğda idxalı 15,3 faiz, xam şəkər və şəkər – 34,8 faiz, bitki yağları – 21,0 faiz, təzə meyvə – 17,2 faiz, kərə yağı, digər süd yağları və pastaları – 9,2 faiz, çay – 81,3 faiz, kartof – 48,4 faiz, quş əti və onun əlavə məhsulları – 3,8 dəfə, təzə tərəvəz – 82,1 faiz, mal əti – 0,1 faiz, mebel – 21,0 faiz, hesablama maşınları, blok və qurğuları – 3,2 dəfə, mineral gübrələr – 7,5 faiz, rezin şinlər – 38,4 faiz, məişət kondisionerləri – 5,3 dəfə artıb, minik avtomobillərinin idxalı isə 81,6 faiz, qara metallardan borular – 51,3 faiz, polad prokatı – 0,6 faiz, qara metallardan çubuqlar – 61,3 faiz, polietilen – 23,4 faiz, qara metallardan künclüklər – 36,8 faiz, sement və sement klinkerləri – 15,3 faiz azalıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm