İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin 23 mln. manatlıq vergi borcu silinib
Bizi izləyin

İqtisadi gündəm

İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin 23 mln. manatlıq vergi borcu silinib

AİSGOC-un 22 mln. 676 min 116,1 manat, BCOOC-un isə 845 manat məbləğində borcu silinib.

Vergilər Nazirliyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə cari ilin yanvarın 1-nə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısını açıqlayıb.

Siyahıda Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AİSGOC) və Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin (BCOOC) adlarına rast gəlmək olar. Açıqlanan məlumatlara əsasən, AİSGOC-un 22 mln. 676 min 116,1 manat, BCOOC-un isə 845 manat məbləğində borcu silinib.

Qeyd edək ki, BCOOC ötən ilin sentyabr ayının 1-14 tarixlərində Baklıda keçirilən Ümumdünya Şahmat Olimpiadası, AİSGOC isə cari ilin may ayının 12-22 tarixlərində Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılıb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm