Dövlət qurumlarının 22 mln. manatlıq vergi borcu silindi
Bizi izləyin

İqtisadi gündəm

Dövlət qurumlarının 22 mln. manatlıq vergi borcu silindi

Siyahıda bir sıra dövlət qurumlarının adlarına rast gəlmək olar.

Vergilər Nazirliyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanunun 1-ci, 2.1-ci və 3-cü maddələrinə əsasən faiz və maliyyə sanksiyaları üzrə cari ilin yanvarın 1-nə mövcud olan borcları qeyd-şərtsiz silinmiş hüquqi şəxslərin adlı siyahısını açıqlayıb.

Siyahıda bir sıra dövlət qurumlarının adlarına rast gəlmək olar. Açıqlanan məlumatlara əsasən, Nəqliyyat Nazirliyinin 1 mln. 998 min 41,8 manat, Gənclər və İdman Nazirliyinin 4 mln. 175 min 386,4 manat, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 158 min 688,8 manat, Əmlak Məsələləri Dövlət Komitəsinin 14 mln. 145 min 408,7 manat, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 218 min 746 manat məbləğində borcu silinib. Toplamda adıçəkilən qurumların 21 mln. 696 min 271,7 manat məbləğində borcunun silinməsi təmin olunub.

Bununla yanaşı, "Azərsu" ASC-nin 13 mln. 692 min 457,9 manat, "Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC-nin 6 mln. 426 min 555 manat, "Azərkosmos" QSC-nin 864 min 727 manat, Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal Və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 542 min 246,9 manat, "İmişli Regional Elektrik Şəbəkəsi" MMC-nin 2 mln. 726 min 348,3 manat, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Milli Aviasiya Akademiyasının 14 min 475,1 manat məbləğində borcu silinib.

Müdafiə Sənayesi Nazirliyi "Mərkəzi Təminat və Marketinq İdarəsi" MMC-nin 102 min 250,6 manat, "Sosial Xidmətlər İdarəsi" MMC-nin 232 min 231,3 manat, "Azon Zavodu" MMC-nin 1 mln. 365 min 784,5 manat, Müdafiə Sənayesi Nazirliyi "Təhlükəsizlik və Mühafizə İdarəsi" MMC-nin 776 min 704,7 manat, "Cihaz İstehsalat Birliyi" MMC-nin "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin 23 min 37,1 manat, "Elektron Hesablayıcı Maşınları Zavodu" MMC-nin 2 mln. 951 min 746,4 manat, "Bakı Cihazqayırma Zavodu" MMC-nin 950 min 51,8 manat, "Radioquraşdırma Zavodu" MMC-nin 1 mln. 123 min 952,6 manat məbləğində borcunun silinməsi də təmin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm