İqtisadi gündəm
“Camel” ingilis siqareti olacaq
British American Tobacco özünün amerikalı rəqibi “Reynolds”un səhmlərinin 57,8 faizini 49,4 milyard dollara satın almağı təsdiqləyib.
Publika.az xəbər verir ki, “Reynolds"un səhmdarları hər səhm üçün 29,44 dollar alacaqlar. Bu müqavilənin imzalanmasından sonra dünya tütün nəhənginin yaranması gözlənilir.
Nəzərə çatdıraq ki, BAT “Reynolds"u 2016-cı ilin noyabrında almağa cəhd edib. O zaman hər səhmə 54,6 dollar təklif edirdi. Lakin tərəflər razılığa gəlməmişdilər.
“Reynolds” Amerikanın ikinci böyük tütün şirkəti sayılır. Dünya üzrə isə 6-cıdır. 1874-cü ildə yaradılan müəssisə “Camel” və “Newport” siqaretləri istehsal edir.
“British American Tobacco“ya gəlincə, bu şirkət böyüklüyünə görə, ikincidir. Dünya tütün bazarının 17 faizini idarə edir. Şirkətə 200 brend daxildir. Bunlar “Dunhill”, “Kent”, “Pall Mall”, “Vogue2, “Yava” və digərləridir.
İqtisadiyyat şöbəsi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama