Azərbaycanlı oliqarx 2017-ci ildə neftin qiymətini açıqladı
Bizi izləyin

İqtisadi gündəm

Azərbaycanlı oliqarx 2017-ci ildə neftin qiymətini açıqladı

Azərbaycanlı oliqarx 2017-ci ildə neftin qiymətini açıqladı.

2017-ci ilin ilk yarımilliyində hasilatın ixtisarı üzrə razılaşmalara görə neftin bir barelinin qiyməti 50-60 dollar arasında dəyişəcək.

Publika.az xəbər verir ki, bu haqda “Rusiya 24” telekanalının efirində Rusiyanın “Lukoyl” neft şirkətinin azərbaycanlı başçısı Vahid Ələkbərov bildirib.

“Mən əminəm ki, yaxın vaxtlarda neftin qiyməti 50-60 dollar arasında olacaq. İlin ikinci yarımilliyində isə hər şey bazarın bu hərəkətlərə necə reaksiya verməsindən asılı olacaq”, - deyə o vurğulayıb.

“Lukoyl”un başçısı qeyd edib ki, Rusiyanın bütün neft şirkətləri yanvarın 1-dən hasilatın azaldılması üzrə öhdəliyi yerinə yetirirlər: “Lukoyl” Energetika Nazirliyindən aldığı göstərişləri yerinə yetirir”.

Yanvarın 10-una olan məlumata görə, Rusiya OPEK-lə razılaşma çərçivəsində neft hasilatını gündəlik 150 min barel azaldıb.

Neft hasilatına məhdudiyyətin tətbiqi haqqında razılaşma 2017-ci il 1 yanvar tarixindən qüvvədədir. Neft ixrac edən ölkələrin növbəti görüşü may ayında keçiriləcək və iştirakçılar razılaşmanın effektini qiymətləndirərək onun uzadılmasının məqsədəuyğunluğu haqqında qərar qəbul edəcəklər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm