"İdxalın azalması büdcəyə köçürmələrdə problem yarada bilər" - Aydın Əliyev - - FOTOLAR
Bizi izləyin

İqtisadi gündəm

"İdxalın azalması büdcəyə köçürmələrdə problem yarada bilər" - Aydın Əliyev - - FOTOLAR

Bizimlə ticarət quran ölkələrin sayı 183-ə çatıb.

"2016-cı ildə iqtisadi böhran, neftin, milli valyutaların ucuzlaşması prosesi davam edib. Bu prosesin təsirlərinin azaldılması istiqamətində dövlət başçısı tərəfindən sərəncamlar, fərmanlar imzalanıb. Nəticə olaraq, xarici ticarət tərəfdaşlarımızın sayı artıb. Bizimlə ticarət quran ölkələrin sayı 183-ə çatıb".

Publika.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev 2016-cı ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib:

"Neftin ucuzlaşması nəticəsində ticarət dövriyyəsinin həcmi azalıb. İxrac 28,17 faiz, idxal 7 faiz azalıb. İdxal bizim üçün önəmlidir. Vergi tutma bazamız əsasən idxalla bağlıdır. Bu azalma büdcəyə köçürmələrdə problem yarada bilər. Ona görə də idxalın azalmamasına çalışırıq".

Komitə sədri əlavə edib ki, yuxarıda sadalanan amillərə baxmayaraq, qurum proqnoz tapşırığını vaxtından əvvəl və artıqlaması ilə yerinə yetirib:

"Ötən ilin proqnoz tapşırığı 1,81 mlrd. manat idi. Biz proqnozu 26%-dən yuxarı rəqəmlə yerinə yetirmişik".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm