Dövlət Gömrük Komitəsi kadr axtarır
Bizi izləyin

İqtisadi gündəm

Dövlət Gömrük Komitəsi kadr axtarır

"Kadr çatışmazlığı sərhəd-keçid məntəqələrində xüsusilə hiss olunur".

"Bizdə bu gün kadr çatışmazlığı var".

Publika.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

O bildirib ki, kadr çatışmazlığı sərhəd-keçid məntəqələrində xüsusilə hiss olunur:

"Hava Nəqliyyatında Baş Gömrük İdarəsində də kadr çatışmazlığı problemi mövcuddur".

DGK sədrinin sözlərinə görə, ötən il 246, 2015-ci ildə isə 257 gömrük orqanı əməkdaşı intizam məsuliyyətinə cəlb olunub:

20 nəfər işdən çıxarılıb. 84 nəfər isə öz xahişi ilə işdən uzaqlaşıb. Gömrük xidməti orqanları əməkdaşlarının 10-u barəsində cinayət işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Onlar barəsində araşdırmalar davam etdirilir".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm