DGK sədri "Sınıq Körpü"dəki problemlərdən danışdı
Bizi izləyin

İqtisadi gündəm

DGK sədri "Sınıq Körpü"dəki problemlərdən danışdı

"Görün, Azərbaycandan Gürcüstana gedənlər arasında bir kibrit aparan var?"

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Azərbaycanla-Gürcüstan sərhədində yerləşən "Sınıq Körpü" keçid məntəqəsində növbələrin və problemlərin yaranmasına aydınlıq gətirib.

Publika.az-ın məlumatına görə, A.Əliyev bildirib ki, insanlar asan qazanc yolunu seçiblər:

"Bir vaxtınızı sərf edin və Azərbaycandan Gürcüstan istiqamətində gedənlərə nəzər salın. Görün, Azərbaycandan Gürcüstana gedənlər arasında bir kibrit aparan var? Gürcüstanda isə müəyyən işbazlar var ki, Azərbaycana gələnlərə "Pampers", siqaret verirlər və deyirlər ki, sizdə bunlardan yoxdur. Mən hələ Gürcüstana ailəvi şəkildə alver məqsədi ilə gedənləri, gündə, ayda bir neçə dəfə sərhədi keçənləri demirəm. Təsəvvür edin, bu adamlar ailəvi şəkildə gündə bir neçə dəfə sərhədi keçirlər və oradan icazə verilən normativdən artıq mal və məhsul gətirirlər".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm