Kasıbların gəliri 30 ildə 0 faiz artıb, varlıların varislərinə 2.1 trilliyon dollar qalıb
Bizi izləyin

İqtisadi gündəm

Kasıbların gəliri 30 ildə 0 faiz artıb, varlıların varislərinə 2.1 trilliyon dollar qalıb

Milyarderlərin sayı 1810 nəfərə çatıb

Qlobal iqtisadiyyat gücləndikcə cəmiyyətdəki təbəqələşmə daha da dərinləşir. Publika.az "Oxfam" institutunun tədqiqat materiallarına istinadən xəbər verir ki, bununla bərabər, kasıblara, orta təbəqəyə qloballaşmadan heç bir pay düşmür.

"Qızıl milyardlar" termini tezliklə "brilliant milyardlar" termini ilə əvəzlənəcək. İnstitut iddia edir ki, dünyada ilk trilliyoner 25 ildən sonra peyda olacaq. Hələlik isə milyarderlərin sayı artır. 2000-ci ildə dünya üzrə 322 milyrader var idisə, 2016-cı ildə onların sayı 1810 nəfərə çatıb. Milyarderlərin sayı əsasən Çin, Rusiya, Hindistan və Ərəb Əmirliklərində artır.

2015-ci ildə dünya əhalisinin cəmi 1 faizinin vəsaitləri artıb. Ən nəhayət son 20 ildə 500 milyarder öz varislərinə 2.1 trilliyon dollar sərvət buraxıb. O da qeyd edilir ki, milyarderlərin böyük hissəsi sərvətini sıfırdan qazanıb.

Tədqiqata əsasən, sərvət artımına səbəb aşağı vergilər olub. Məsələn, "Apple" Avropada 0,005 faiz vergi ödəyib. Transmilli şirkətlər vergidən yayınmaq üçün ofşor ərazilərə üz tuturlar. Gəlirlərə rəğmən sıravi işçilərlə top-menecerlərin gəlirləri arasında böyük fərqlər var.

Məsələn, ABŞ-da top-menecerlə sıravi işçinin gəlirləri arasında fərq 13000 faizdir. Halbuki 160 ölkənin büdcəsi 10 iri şirkətinkindən azdır. 1970-ci ildə Böyük Britaniyada səhmdarlar 30 faiz gəlir əldə edirdilərsə, hazırda bu rəqəm 70 faizdir. Dünyanın kasıb əhalisinin gəlirləri 30 ildə 0 faiz artıb. Kasıb banqladeşlinin 10 ildə qazandığını varlı banqladeşli bir gündə qazanır. 1988-2011-ci illər arasında kasıb torpaqların əhalisinin 10 faizinin gəlirləri illik 3 dollar artıb. Hansı ki, varlıların 10 faizinin gəlirləri bu müddətdə 182 dəfə çoxalıb. Hesabatda o da qeyd edilir ki, dünyada getdikcə orta təbəqə yoxa çıxır

.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm