DGK: Ötən il 1 mln. manatlıq qızılın ölkədən çıxarılmasının qarşısı alınıb
Bizi izləyin

İqtisadi gündəm

DGK: Ötən il 1 mln. manatlıq qızılın ölkədən çıxarılmasının qarşısı alınıb

Ötən il 267 şəxs barəsində 229 cinayət işi ittiham aktları ilə baxılması üçün məhkəmələrə göndərilib.

"Valyuta tənzimi haqqında" qanuna və digər qanunvericilik aktlarına əsasən gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən ötən il qanunvericiliyin tələblərini pozan şəxslərdən 1 mln. 623 min ABŞ dolları, 52 min avro, 31,4 mln. rus rublu, 156,6 min manat aşkar olunub.

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) 2016-cı il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunmuş kollegiya iclasında komitə sədrini birinci müavini Səfər Mehdiyev çıxışında bildirib.

Onun sözlərinə görə, ötən il həmçinin 990 min 345 manat dəyərində 22,4 kq qızıl, 446,2 min manat dəyərində zinət əşyaları, 7,6 karat qiymətli daşlar aşkar olunub. "2016-cı il ərzində 439 cinayət işi açılmış və istintaq hərəkətləri həyata keçirilib. Ötən il 267 şəxs barəsində 229 cinayət işi ittiham aktları ilə baxılması üçün məhkəmələrə göndərilib. 2016-cı ilin yanvar-dekabr ayları ərzində istintaqı tamamlanmış cinayət işləri üzrə 269 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib, təqsirləndirilən şəxslərdən 145 nəfəri barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri, qalan 124 nəfəri barəsində isə istintaq orqanı tərəfindən həbslə bağlı olmayan digər qətimkan tədbirləri seçilib". (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm