Çin-ABŞ savaşında ən çox bu şirkətlər itirəcək
Bizi izləyin

İqtisadi gündəm

Çin-ABŞ savaşında ən çox bu şirkətlər itirəcək

Trampın Çin məhsullarına qarşı müharibə elan etməsi bəzi böyük markalara da mənfi təsir edə bilər.

Donald Trampın Çin məhsullarına qarşı müharibə elan etməsi bəzi böyük markalara da mənfi təsir edə bilər.

Publika.az xəbər verir ki, Trampın planını necə reallaşdıracağı hələ dəqiqləşməyib. Bununla belə, Çin Trampın hücumuna qarşı qorunma addımları atmağa hazırdır.

“Credit Suisse”in analitiklərinə görə, Çində Amerika mallarına qarşı başlaya biləcək boykot “Nike”, “General Motors”, “Ford”, “Tiffany & Co” kimi böyük markalara təsir edə bilər. ABŞ-ın Çinə qarşı sanksiyalarından isə “Lenovo” və “ZTE” kimi elektronik ixracatçılar təsirlənəcək.

Qeyd edilir ki, Çinin ABŞ boykotu qeyri Amerika istehsallı mallara yarıya bilər. Belə ki, çinli istehlakçı alman avtomobillərinə yönələ və ya “Nike” yerinə “Adidas” satın ala bilər.

“Morgan Stanle”yə görə, gəlirinin 70 fazini ABŞ-dan əldə edən “GoerTek” və “Regina Miracle International Holdings”in itkiləri daha böyük olacaq.

Ekspertlər hesab edir ki, ticarət savaşında ABŞ hissələrinin itkisi Çindən daha çox olacaq. MSCI ABŞ İndeksindəki firmaların 10 faizi gəlirlərinin ən azı 10-da birini Çindən qazanır. Çinin isə ABŞ-dan qazancı 2 faizdir. Mütəxəssislər deyir ki, iki ölkə "döyüşə" atılmaq əvəzinə "bazarlığa" otursalar, daha çox qazanarlar.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm