Ötən il 33 min nəfər işsiz olub
Bizi izləyin

İqtisadi gündəm

Ötən il 33 min nəfər işsiz olub

1857 nəfəri işsizliyə görə müavinət alıb.

Ötən il məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 33 min nəfər olub.

Publika.az xəbər verir ki, onlardan 1857 nəfəri işsizliyə görə müavinət alıb. Bakı şəhəri üzrə işsizlərin sayı 14 812 nəfər təşkil edib. Onlardan 474 nəfəri işsizliyə görə müavinət alıb.

Qeyd edək ki, işsizlərin 38,1 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 257,0 manat olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm