5003 nəfər vergi öhdəliyini yerinə yetirməyib
Bizi izləyin

İqtisadi gündəm

5003 nəfər vergi öhdəliyini yerinə yetirməyib

5003 nəfər vergi öhdəliyini yerinə yetirməyib

2014-cü ilin aprel ayı 5003 vergi ödəyicisində qanunvericiliyin pozulması faktı aşkar edilib.

Publika.Az xəbər verir ki, 2996 vergi ödəyicisi tərəfindən nağd hesablaşmaların aparılması qaydalarının pozulduğu, 464 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 208 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

Operativ nəzarət tədbirləri zamanı 456 vergi ödəyicisi tərəfindən 642 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 161 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 115 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 523 ədəd mal olduğu aşkarlanıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm