Çin ABŞ-a “ticarət müharibəsi” ilə bağlı xəbərdarlıq etdi
Bizi izləyin

İqtisadi gündəm

Çin ABŞ-a “ticarət müharibəsi” ilə bağlı xəbərdarlıq etdi

""Ticarət müharibəsində" hər iki tərəf də zərər görəcək".

Çin ABŞ-la yaşanacaq "ticarət müharibəsində" hər iki tərəfin də zərər görəcəyinə dair xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, ticarət naziri Gao Huçıng mətbuat konfransında ABŞ prezidenti Donald Trampın Çindən idxal olunan məhsullara verginin artırılması yönündə şərhlərinə münasibət bildirib. Nazir Vaşinqton rəhbərliyini əməkdaşlığa dəvət edib:"Çin və ABŞ müzakirə, eləcə də dialoq yoluyla fikir ayrılıqlarını həll etmək üçün ortaq səy göstərməlidir”.

Gao deyib ki, Pekin və Vaşinqton rəhbərlikləri arasında yaşanacaq ticari gərginlik hər iki tərəfə də zərər verəcək .

Xatırladaq ki, Tramp seçki kampaniyasında Çindən idxal edilən məhsullara 40 faiz vergi tətbiq edəcəyini vəd etmişdi.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm