Rusiya 10 dəfə geri qalıb
Bizi izləyin

İqtisadi gündəm

Rusiya 10 dəfə geri qalıb

Rusiya rəqəmsal iqtisadiyyatın inkişaf templərinə görə, dünyanın inkişaf etmiş ölkələrindən təqribən 10 dəfə geri qalıb.

Rusiya rəqəmsal iqtisadiyyatın inkişaf templərinə görə, dünyanın inkişaf etmiş ölkələrindən təqribən 10 dəfə geri qalıb.

Publika.az xəbər verir ki, bu barədə Soçidə keçirilən Rusiya İnvestisiya Forumunda ölkənin keçmiş maliyyə naziri, hazırda Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri və Rusiya prezidenti yanında iqtisadi şuranın sədr müavini olan Aleksey Kudrin açıqlama verib.

O deyib ki, rəqəmsal iqtisadiyyat anlayışının açıqlaması kimi geniş məlumat bazasından istifadə etməklə texnologiya proseslərinin yeni standartlarına keçid başa düşülür. Keçmiş maliyyə naziri məhz rəqəmsallaşmanın yaxın 10 ildə bütün sahələrin inkişafında əsas rol oynayacağını söyləyib.

Aleksey Kudrin həmçinin deyib ki, yaxın 10-15 ildə Rusiya iqtisadiyyatına təsir edəcək amillərin 30%-dən çoxu rəqəmsallaşma ilə bağlı olacaq:

“Hazırda biz inkişaf etməkdə olan ölkələrdən rəqəmsallaşmanın inkişaf templərinə görə 10 dəfə geri qalırıq.”

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm