Dollardan sürətli bahalaşma - G10 ölkələrində
Bizi izləyin

İqtisadi gündəm

Dollardan sürətli bahalaşma - G10 ölkələrində

Böyük hissəsinə nisbətdə dəyər qazanıb.

FES sədri Janet Yellenin ötən həftə mart ayında faizin artırlmasının mümkün olduğu barədə açıqlamasından sonra dollar G10 ölkələrinin pul vahidlərinin böyük hissəsinə nisbətdə dəyər qazanıb.

Publika.az xəbər verir ki, dollar avro qarşısında 0.2% bahalaşıb. İnvestorlar bu il 3 ya da 4 dəfə faiz artımının baş verəcəyini proqnozlaşdırırlar.

Bu arada, Yaponiyanın pul vahidi Yen də Şimali Koreyanın raket sınağı keçirdiyinə dair xəbərlərdən sonra investorların təhlükəsiz liman xarakterli aktivlərə yönəlməsiylə dəyər qazanıb.

Yaponiya hökumətinin verdiyi açıqlamaya görə, Şimali Koreya bazar ertəsi günü dörd raket atıb və bunlardan üçü Yaponiyanın xüsusi iqtisadi zonasına düşüb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm