İqtisadi gündəm
Ticarət festivallarının təşkili qaydası müəyyənləşdi
Mədəniyyət və Turizm Nazirliyinin Kollegiyası "Ticarət festivallarının təşkili Qaydası"nı təsdiq edib.
Publika.az APA-ya istinadən xəbər verir ki, martın 17-dən
qüvvəyə minən bu Qayda Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
ticarət festivallarının təşkili qaydasını müəyyən edir.
Mədəniyyət və Turizm Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti, digər
dövlət və özəl sektor nümayəndələri ilə birlikdə ticarət
festivallarını təşkil edir. Ticarət festivalı 2017-ci ildən
etibarən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilən,
keçirilən və idarə olunan pərakəndə satış, əyləncə və turizm
xidmətlərini əhatə edən kompleks kampaniyadır. Operator nazirlik
tərəfindən müəyyən olunan və ticarət festivallarının təşkilini,
keçirilməsini və idarə olunmasını təmin edən hüquqi şəxsdir.
"Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin
inkişafına dair Strateji Yol Xəritəsi"ndəki təyin edilmiş hədəflərə
nail olmaq üçün nazirlik və ya onun təyin etdiyi operator
tərəfindən alış-veriş kampaniyalarının təşkil olunması, satış
nöqtələri və alıcılarla işlərin qurulması, festival
iştirakçılarının brendləşdirilməsi, turizm agentlikləri, hava
yolları və qonaqlama müəssisələri ilə birlikdə turistlərin cəlb
edilməsi üzrə proqramların həyata keçirilməsi, əyləncə tədbirləri
və stimullaşdırıcı proqramların təşkili, sponsor və partnyorlarla
əməkdaşlığın qurulması və idarə olunması, marketinq və
kommunikasiyaların təşkili və aidiyyəti dövlət qurumları ilə
fəaliyyətlərin əlaqələndirilməsi üzrə zəruri olan bütün hərəkətlər
həyata keçirilir.
Ticarət festivallarının dövlət vəsaitləri, kreditlər, qrantlar,
ianələr və yardımlar və dövlət orqanları, hüquqi və fiziki şəxslər
ilə bağlanmış müqavilələr əsasında əldə edilmiş vəsaitlər hesabına
formalaşır. Ticarət festivallarının büdcələrinin
maliyyələşdirilməsi üçün operator tərəfindən sponsor və partnyorlar
cəlb edilir və onlara əvvəlcədən operator tərəfindən müəyyən
edilmiş sponsor və partnyor paketləri üzrə müxtəlif variantlar
təklif edilir. Sponsorluq və partnyorluq müqabilində sponsor və
partnyorlara güzəşt paketləri, imtiyazlar və sponsor və ya
partnyora məxsus iştirakçılar üçün imtiyazlar təqdim edilir.
Ticarət festivalları Mədəniyyət və Turizm Nazirliyinin təsdiq
etdiyi ticarət obyektlərində, yarmarkalarda və məkanlarda
keçirilir. Ticarət festivalları dövründə ticarət və xidmət zamanı
qanunvericiliklə qadağan olunmuş malların satılması və xidmətlərin
göstərilməsi qadağandır. Ticarət festivallarında iştirak etmək
istəyən iştirakçılar operator tərəfindən qeydiyyata alınmalıdırlar.
Ticarət festivalları dövründə ƏDV-nin qaytarılması şərti ilə satış
həyata keçirən vergi ödəyicilərinin qeydiyyatı həyata keçirilir.
Ticarət festivallarının brendləşdirici nişanlarından istifadə və
ticarət festivallarında iştiraka istinad yalnız operator tərəfindən
qeydiyyatdan keçmiş iştirakçılar tərəfindən edilə bilər.
Qeydiyyatdan keçmək istəyən müəssisə və sahibkarlar qeydiyyat
ərizəsini operatorun rəsmi internet səhifəsində göstərilmiş
müddətədək və qeydiyyat ərizəsində göstərilən sənədlərlə birlikdə
operatora təqdim edirlər. Ərizə operatora daxil olduqdan ilk 5 iş
günü ərzində təqdim edilmiş məlumatın dolğunluğu yoxlanılır. Əgər
hər hansı məlumat və ya sənəd çatışmırsa, bununla bağlı ərizəçiyə
sorğu göndərilir və 3 iş günü müddətində çatışmazlıqların aradan
qaldırılması təklif edilir. Ərizə formasındakı məlumatların
dolğunluğu yoxlanıldıqdan və təqdim edilən sənədlərin tamlığı
təsdiq edildikdən sonra ərizə verən iştirakçı kimi qeydiyyata
alınır. İştirakçıların siyahısı operatorun rəsmi internet
səhifəsində dərc edilir və onlara müqavilələrin bağlanılması üçün 5
iş günü müddətində yazılı bildiriş göndərilir. Operatorun qəbul
etdiyi qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən nazirliyə
şikayət verilə bilər.
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər