25 il evli qalan qadınlara pensiya veriləcək
Bizi izləyin

İqtisadi gündəm

25 il evli qalan qadınlara pensiya veriləcək

Evlilik həyatında 25 ilini tamamlayan qadınlar hətta sığortası olmasa belə təqaüd ala biləcək.

25 il evil qalan qadınlar təqaüdə çıxa biləcək.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Mİllət Məclisində təklif irəli sürülüb. Təklifə müsbət reaksiya verilsə, evlilik həyatında 25 ilini tamamlayan qadınlar hətta sığortası olmasa belə təqaüd ala biləcək.

Bu təkliflə CHP-dən seçilmiş millət vəkili Niyazi Nefi Kara çıxış edib. O, bu dəyişikliyin bir sıra səbəblərdən sığortalı işlərdə işləyə bilməyən və işləməyən qadınların aylıq müavinət alması üçün vacib məqam olduğunu dilə gətirib.

Əlbəttə, burada əsas şərt sığortasının olmaması və evliliyinin 25 ilini tamamlamış olmasıdır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm