İqtisadi gündəm
Braziliyadan ət idxalına qadağa
Braziliya ət qalmaqalından sonra bir sıra ölkələr ət idxalına qadağa qoyub.
Publika.az xəbər verir ki, qalmaqaldan sonra İndoneziya və Vyetnam da bu ölkədən ət idxalına qadağa qoyan ölkələr sırasına qoşulub.
Ət qadağası dana və toyuq ətinə tətbiq edilib. Qadağanın müvəqqəti olduğu bildirilib. Ət idxalına qoyulan qadağanın fiziki və prosedur qaydalarla bağlı araşdırmanın uzun müddət davam etməsi ilə əlaqədar olacağı vurğulanıb.
İndoneziyanın rəsmi açıqlamasında təkcə keyfiyyətsiz ət deyil, halal olmayan ətin də ölkəyə idxalına qadağa qoyulması bəyan edilib.
Vyetnam Səhiyyə Nazirliyi Braziliyanın 21 ət fabrikindən ət idxalına qadağa qoyub.
Qeyd edək ki, Braziliyada 21 ət idxal edən şirkətin ətlərin son istifadə tarixlərini dəyişdirdiyi, ətlərə kimyəvi maddə və su qarışdırdığı iddia edilir. Bununla da həmin şirkətlərə qarşı araşdırma aparılır, 3 şirkətə idxal qadağası qoyulub.
Bu qalmaqaldan sonra Avropa Birliyi, Çin, Çili, Honq-Konq, Yaponya, Misir, İsveçrə, Səudiyyət, Ərəbistan, Meksika, Yamayka bu ölkədən ət idxalına qadağa qoyub.
Gülxar
-
Kriminal17:32
Faciəvi şəkildə ölən tələbənin ailəsi məhkəməyə getməkdən imtina etdi - FOTO
-
Nida Təhlil 17:11
İrəvan “Krokus”la bağlı bəyanatı rədd etdi: Kreml necə cəzalandıracaq?
-
Sosial16:58
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
-
Sosial16:36
Azərbaycanda sayğaclar ikiqat hesablayır - ŞOK İDDİA
-
Sosial16:08
Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika14:51
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Xəbər 14:26
Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı
-
Magazin113:31
Tolik pərt etdi: "Bu da liftdə öpüşən Sabir" - VİDEO