İqtisadi gündəm
İtaliyanın Dövlət Şurası TAP-ın tikintisinə icazə verdi
İtaliyanın Dövlət Şurası bazar ertəsi Transadriatik qaz kəmərinin (Trans Adriatic Pipeline — TAP) tikintisinə icazə verib. Şura bununla İtaliyanın son həftələr bu ambisiyalı layihəyə qarşı çoxsaylı etiraz nümayişlərinin keçirildiyi Apuliya vilayətinin rəsmi etirazını rədd etmiş olub.
"Report"un xəbərinə görə, Dövlət Şurasının iclasının yekunları barədə məlumatında göstərilir ki, Melendunyo şəhəri və Apuliya vilayətləri rəhbərliklərinin TAP-ın təbiəti mühafizə qanunvericiliyinin mövcud normalarına uyğunluğuna ciddi şubhələrin ifadə olunduğu müraciətləri qəbul edilməyib.
Dövlət Şurası bu qərarı ilə TAP-ın tikintisi zamanı ətraf mühitin mühafizəsi ilə bağlı bütün məsələləri əvvəlcədən təhlil edən və qaz borusunun İtaliya torpağına çıxmalı olan Meledunyo şəhərinin dənizkənarı zonasında yer seçimini təsdiq edən xüsusi komissiyanın gəldiyi qənaəti qəbul edib.
Dövlət Şurasının idarəetmə sahəsində qanunvericiliyin qorunması ilə bağlı inzibati-hüquqi məsələlərə nəzarət edən qərarı yerli hakimiyyət orqanlarının mənfi rəyini nəzərə almamağa imkan verir və faktiki olaraq Azərbaycan qazını İtaliyaya aparmalı olan TAP-ın tikintisi üçün "yaşıl işıq" yandırır.
Uzunluğu 520 km. olan TAP Xəzərin Azərbaycan sektorundan təbii qazı Yunanıstandan Albaniya və Adriatik dənizindən keçərək İtaliyaya və daha sonra Qərbi Avropaya nəql edəcək boru xətti layihəsidir. Layihənin müəllifləri İsveçrənin "EGL", Norveçin "Statoil" və Almaniyanın "E.ON Ruhrgas" şirkətləridir. TAP Türkiyə ərazisindən keçəcək "Bakı-Tbilisi-Ərzrum" və Transanadolu qaz kəmərləri (TANAP) zəncirini davam etdirməklə "Cənub qaz dəhlizi"nin (CQD) bir hissəsi olmalıdır. TAP-ın nəzərdə tutulan gücü ötürmə qabiliyyətinin 20 mlrd. kubmetrə qədər artırılması mümkün olamaqla ildə 10 mlrd. kubmetr təşkil edir.
İlkin mərhələdə CQD üçün əsas resurs qismində Azərbaycanın "Şahdəniz" yatağının ikinci işlənmə fazası çərçivəsində hasil ediləcək qaz nəzərdə tutulur.
-
Sağlamlıq07:08
Səhər oyanan kimi 5 ədəd qoz yesəniz, görün nələr olacaq...
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov