Qaz müharibəsi başladı
Bizi izləyin

İqtisadi gündəm

Qaz müharibəsi başladı

Qaz müharibəsi başladı

Rusiya Ukraynaya mavi qazla bağlı əvvəlcədən ödəniş sistemi tətbiq etməyi qərara alıb.

Publika.Az-ın məlumatına görə, bunu ölkənin energetika naziri Aleksandr Novak bildirib. O deyib ki, “Qazprom” 16 mayda “Naftoqaz Ukrayna” üçün iyun ayının qaz tədarükü ilə bağlı ilkin qiyməti təyin edəcək. Faktiki mavi qazın təslimatı Ukraynanın 31 mayda edəcəyi ödənişdən asılı olacaq.

Qeyd edək ki, 7 maya olan rəsmi məlumata görə, Ukraynanın qaza olan borcu 3,5 milyard dollara yüksəlib.Xatırladaq ki, Aleksandar Novak hələ bir müddət əvvəl “Qazprom”un 16 mayda iyun ayı üçün ilkn hesabı təqdim edəcəyini demişdi:“Əgər aprel ayında tədarük edilmiş qaz üçün ödəniş həyata keçrilməzsə, 16 mayda “Qazprom” iyun ayı üçün ilkin hesab tələb edəcək.

Ukrayna tərəfi 31 maya qədər hesab üzrə ödənişi həyata keçirmək imkanı olacaq. Onda iyun ayında tədarük ediləcək qaz 31 maya qədər ödənilmiş vəsaitə uyğun olacaq”. Nazir vurğulayıb ki, bu qazın məhdudlaşdırılması deyil. Sadəcə olaraq 1 iyundan Ukrayna həyata keçirdiyi ödənişə uyğun həcmdə qaz alacaq.

Novak həmçinin bildirib ki, hazırda qazın qiyməti müzakirə edilmir. Onun sözlərinə görə 2009-cu ildəki müqavilə etibarlıdır. Qeyd edək ki, artiq aprel ayından ”Qazprom” II rübə uyğun olaraq Ukraynaya qazın qiymətini 1,5 dəfə artıraraq 485 dollara qədər yüksəldib.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm