Türkiyə TAP-da payını 10 faiz artırmaq istəyir
Bizi izləyin

İqtisadi gündəm

Türkiyə TAP-da payını 10 faiz artırmaq istəyir

Türkiyə TAP-da payını 10 faiz artırmaq istəyir

Türkiyə Trans Adriatik qaz kəmərinin (TAP) inşasında iştirak etməyəcək.

Publika.Az –ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin enerji və təbii sərvətlər naziri Taner Yıldız deyib.

O deyib ki, Türkiyə Trans Anadolu qaz kəmərində payını 20%-dən 30%-ə qədər artırmağa ümid edir: “Bu artım kapitalın strukturu və biznes baxımından daha uyğundur.Gələcəkdə TAP və TANAP layihəsi səhmdarları dəyişə bilər”.

Onun sözlərinə görə,hazırda dəyəri 10-12 milyard ollar olan TANAP kəmərinin inşasının daha dəqiq sərmayə həcmi müəyyənləşdirilir. “TANAP kəməri ilə 2018-ci ildə qaz nəqlini təmin etmək üçün 2014-cü ildə biz planlaşdırma,layihələndirmə və tendir mərhələrini başa çatdırmalıyıq” .

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm