Neft və təbii qaz hasilatı üzrə isə istehsalçı qiymətləri bahalaşıb
Bizi izləyin

İqtisadi gündəm

Neft və təbii qaz hasilatı üzrə isə istehsalçı qiymətləri bahalaşıb

Neft və təbii qaz hasilatı üzrə isə istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb

Aprel ayında sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə eyni səviyyədə qalıb.

Publika.Az-ın məlumatına görə, bunu Dövlət Statustuka Komitəsi açıqlayıb. Komitədən bildiriblər ki,

mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 0,1 faiz artıb. Emal sənayesi üzrə isə 0,4 faiz aşağı düşüb. 2014-cü ilin aprel ayında mədənçıxarma sənayesi bölməsində daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətləri 6,3 faiz ucuzlaşıb.

Metal filizlərinin hasilatı üzrə 3,0 faiz, xam neft və təbii qaz hasilatı üzrə isə istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb. Aprel ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 5,8 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 4,1 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 3,8 faiz, tütün məmulatlarının istehsalı üzrə 0,9 faiz, neft məhsullarının istehsalı və mebel istehsalı üzrə 0,8 faiz, tikinti məmulatlarının istehsalı üzrə 0,4 faiz, geyim istehsalı üzrə 0,3 faiz, əczaçılıq məhsullarının istehsalı üzrə istehsalçı qiymətləri 0,2 faiz ucuzlaşıb.

Maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 3,6 faiz, toxuculuq sənayesi üzrə 3,0 faiz, metallurgiya sənayesi üzrə 1,6 faiz, qida məhsullarının istehsalı üzrə 1,2 faiz, maşın və avadanlıqların istehsalı üzrə 1,1 faiz, kimya sənayesi üzrə 1,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 0,8 faiz, kağız və karton istehsalı üzrə isə istehsalçı qiymətləri 0,7 faiz bahalaşıb. Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm