Komitə sədri: “Azərbaycanda ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi yüksəlib”
Bizi izləyin

İqtisadi gündəm

Komitə sədri: “Azərbaycanda ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi yüksəlib”

“Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarına büdcə vəsaiti hesabına yardımlar göstərilməsi davam edir”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib.

Komitə sədri deyib ki, Azərbaycanda bir çox ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi yüksəlib:

“Hətta, bəzi məhsulların ixracı isə artıb. Aqrar sahədə daha çox əlavə dəyər yaratmaq, yeni iş yerləri açmaq üçün hökumətin fəaliyyəti nəticəsində bir çox rayonlarda yeni kənd təsərrüfatı məhsulları istehsalı və emalı müəssisələri yaradılıb, aqrobiznes obyektlərinin inşasına başlanıb, müasir texnika və texnologiyalar alınaraq fermerlərin istifadəsinə lizinq yolu ilə icarəyə verilib və ya satılıb, digər stimullaşdırıcı tədbirlər həyata keçirilib. Bildiyiniz kimi, ölkəmizin dayanıqlı və davamlı inkişafını təmin etmək üçün valyuta ehtiyatlarının artırılması əsas şərtlərdən biridir. Bu istiqamətdə son illər iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun, o cümlədən aqrar bölmənin inkişafı üçün çox ciddi tədbirlər görülür. Bu məqsədlə çox doğru olaraq ölkəyə valyuta gətirən sahələr, xüsusilə pambıq, barama, tütün, çay və fındıq istehsalının artırılması istiqamətində konkret və təsirli işlər görülür. Bütün bunlar isə artıq öz bəhrəsini verir”.

E.İbrahimov qeyd edib ki, martın 27-də Prezident İlham Əliyevin sədrliyi ilə Saatlı rayonunda pambıqçılığın inkişafına həsr olunmuş respublika müşavirəsi böyük əhəmiyyət kəsb edən hadisədir:

“Bu müşavirədə dövlət başçısı pambıqçılığın inkişafına dair müvafiq tövsiyə və tapşırıqlar verdi. Əminik ki, dövlət başçısının xüsusi diqqəti nəticəsində Azərbaycanda pambıqçılığın inkişafı daha böyük vüsət alacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm