• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Əhaliyə 3,4 milyard manatlıq qida məhsulu satılıb

Əhaliyə 3,4 milyard manatlıq qida məhsulu satılıb

Bu ilin birinci rübündə istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 6,6 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çox əmtəə satılıb.

Publika.Az xəbər verir ki, istehlak mallarının 3,4 milyard manatını qida məhsulları, içkilər və tütün məmulatları, 3,2 milyard manatını qeyri-ərzaq malları təşkil etmiş, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 3,9 faiz bəndi artıb.

Cari ilin ilk dörd ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-aprel aylarına nisbətən 25,5 faiz artaraq 901,4 min manat təşkil edib. Əhali real vaxt rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 80,5 faizini hüquqi, 19,5 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 91,1 faizini qeyri-ərzaq malları təşkil edib.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR