Ölkədə 1510,4 min nəfər işləyən var
Bizi izləyin

İqtisadi gündəm

Ölkədə 1510,4 min nəfər işləyən var

Ölkədə 1510,4 min nəfər işləyən var

Cari ilin 1 aprel tarixinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1510,4 min nəfər olub.

Onlardan 900,7 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 609,7 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərib.

Publika.Az xəbər verir ki, muzdla işləyənlərin 22,4 faizi təhsildə, 18,7 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,9 faizi sənayedə, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 7,0 faizi tikintidə, 5,1 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 2,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,7 faizi informasiya və rabitə sahəsində və 17,1 faizi iqtisadiyyatın digər sahələrində məşğul olub.

2014-cü ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 434,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə, nəqliyyat və anbar təsərrüfatında orta aylıq nominal əmək haqqı daha yüksək olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm