Hamıya pulsuz torpaq veriləcək - YENİ QANUN
Bizi izləyin

İqtisadi gündəm

Hamıya pulsuz torpaq veriləcək - YENİ QANUN

Rusiya Dövlət Dumasına Rusiyanın bütün ərazisində torpaqların pulsuz verilməsi haqqında qanun layihəsi daxil olub.

Rusiya Dövlət Dumasına Rusiyanın bütün ərazisində torpaqların pulsuz verilməsi haqqında qanun layihəsi daxil olub.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, qanun layihəsi ilə Uzaq Şərq regionunda deyil, ölkənin bütün ərazisində vətəndaşların dövlət və ya bələdiyyə torpaqlarını pulsuz almaq hüququnu müəyyən edir.

Uzaq Şərq regionunda pulsuz torpaqların paylanılmasına dair qanunu isə Rusiya prezidenti Vladimir Putin ötən ilin mayında imzalayıb. “Uzaq Şərq hektarı” barədə sənədə əsasən, hər bir Rusiya vətəndaşı Uzaq Şərqdə 5 illik müddətə pulsuz istifadə etmək üçün 1 hektar torpaq sahəsi əldə etmək hüququ əldə edib. Daha sonra bu torpağı icarəyə götürmək və yaxud onu şəxsi mülkiyyətə keçirmək mümkün olacaq.

Həmin sənədə əsasən “Pulsuz hektar”ları Yakutiya, Kamçatka, Primorsk, Xabarovsk diyarlarında, Amur, Maqadan, Saxalin vilayətlərində, Yəhudi muxtar vilayətində, həmçinin Çukotkada almaq olar. Bu ideyanı 2014-cü ilin yanvarında prezidentlə görüşündə onun Uzaq Şərq dairəsindəki elçisi Yuriy Trutnev irəli sürüb. Onun sözlərinə görə, hazırda Uzaq Şərqdə 614 milyon hektar istifadəsiz ərazi var.

Son məlumatlara görə, Uzaq Şərq ən böyük torpaq sakəsi Xabarovsk diyarında verilib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm