• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Nəqliyyat sektorunda ən yüksək maaşı kimlər alır?

Nəqliyyat sektorunda ən yüksək maaşı kimlər alır?

Cari ilin birinci rübündə nəqliyyat müəssisələrində işləyən 75,1 min muzdlu işçinin 72,4 faizi dövlət müəssisələrində, 27,6 faizi özəl bölmədə çalışıb.

Publika.Az xəbər verir ki, işçilərin 51,9 faizi yerüstü və boru kəməri, 12,2 faizi su, 15,7 faizi hava nəqliyyatı, 20,2 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.


2013-cü ilin yanvar-mart ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əmək haqqı 2,1 faiz artaraq 532,3 manat təşkil edib. Bu göstərici hava nəqliyyatında 782,5 manat, dəniz nəqliyyatında 707,9 manat, metro nəqliyyatında 606,0 manat, avtomobil nəqliyyatında 530,4 manat, dəmir yolu nəqliyyatında isə 242,3 manat təşkil edib. Əmək haqqı metro nəqliyyatında 14,9 faiz, avtomobil nəqliyyatında 8,1 faiz, dəniz nəqliyyatında isə 5,2 faiz artıb.


İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 27,0 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 8,4 faiz artaraq 694,7 manat olub.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR