Neftimiz bahalaşdı
Bizi izləyin

İqtisadi gündəm

Neftimiz bahalaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 18-də 53,31 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,17 dollar/barel çoxdur.

Publika.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 18-də 52,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,14 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 18-də 49,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,27 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 18-də 51,82 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,25 dollar/barel çoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm