İqtisadi gündəm
DGK: Azərbaycandan Rusiyaya pomidor ixracında problem yoxdur
Dövlət Gömrük Komitəsi (DGK) ölkədə pomidorun qiymətinin kəskin ucuzlaşması və buna Azərbaycandan Rusiyaya pomidor daşıyan yük nəqliyyat vasitələrinə bu ölkə ərazisində gömrük nəzarətinin sərtləşdirilməsinin səbəb olması barədə məlumatlarla əlaqədar açıqlama yayıb.
DGK-nın mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ötən gün bir sıra KİV-də ölkəmizdə pomidorun qiymətinin kəskin ucuzlaşması və buna Azərbaycandan Rusiya Federasiyasına pomidor daşıyan yük nəqliyyat vasitələrinə bu ölkə ərazisində gömrük nəzarətinin sərtləşdirilməsinin - konkret olaraq avtomobillərin daşıdığı yükün çəkisinə hədd qoyulmasının səbəb olduğu bildirilib.
DGK bildirir ki, hazırda Azərbaycandan Rusiya Federasiyasına pomidor daşıyan yük nəqliyyat vasitələri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Belə ki, gömrük sərhədindən keçən avtomobillərin beynəlxalq yükdaşımalara dair norma və qaydalara riayət etmələrinə ciddi nəzarət olunur və buna görə də Rusiya Federasiyasına pomidor aparan avtomobillərin sərhədkeçmə prosesində hər hansı problem yoxdur.
Son 2 gün ərzində şimal sərhədindən Rusiya Federasiyasına 85 yük avtomobili və 49 vaqon pomidor məhsulu heç bir maneə olmadan ixrac edilib.
DGK onu da bildirir ki, iki ölkənin qarşılıqlı gömrük-keçid məntəqələrində yaranan hər hansı problem gömrük xidmətləri rəhbərləri arasında aparılan danışıqlar vasitəsilə operativ şəkildə həllini tapır.
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu