Yarım milyonluq "Ferrari" Azərbaycanda - FOTOLAR
Bizi izləyin

İqtisadi gündəm

Yarım milyonluq "Ferrari" Azərbaycanda - FOTOLAR

Bakıda ilk rəsmi “Ferrari”dillerinin və “Ferrari Store” brendinin açılışı keçirildi. Bununla da “Ferrari”nin dünyadakı nümayəndəliklərinin sayı 62-yə çatdı.

Publika.Az-ın məlumatına görə, açılış mərasimində çıxış edən “Avtolux” şirkətinin baş direktoru Ali Akbar Taheri dillerə, həmçinin servis zonasının da daxil olduğunu dedi: “”Ferrari” dilleri və “Ferrari Store ” ziyarətçilərinə 470 kvadratmetrə genişliyində sərgi salonu təqdim edir. “Ferrari Store” ilə əhatələnmiş salon “Ferrari” sənətkarlığının və innovasiyalarının əsas dəyərlərini əks etdirir. Dillerə, həmçinin servis zonası daxildir. Bu isə “Ferrari”Azərbaycana dünya səviyyəli satış və satış sonrası xidmət göstərməyə imkan yaradacaq”.

Daha sonra çıxış edən “Ferrari”nin ticari baş vitse-prezidenti Enrico Galliera bildirdi ki, bazara daxil olmazdan əvvəl diqqət etdikləri iki vacib amil olur: “Birincisi, bazarın “Ferrari ” brendinin özəlliklərini anlayan müştəri kontingentinə sahib olmasıdır. İkincisi, brendimizi həmin ölkədə layiqincə təmsil edəcək tərəfdaş olmalıdır. Dünyanın hansı şəhərində olmasından asılı olmayaraq “Ferrari” müştəriləri eyni münasibət, eyni dəyər və brend imici görür. Bu nöqteyi nəzərdən Azərbaycandakı tərəfdaşımıza təşəkkür edirəm. Düzgün əməkdaşlıq etdiyimizə inanırıq və gözləntilərimiz yüksəkdir”.

““Ferrari” şirkətinin strategiyası son dərəcə sadədir” deyən Enrico Gallierani strateji hədəflərini açıqladı: “Bu, ilk növbədə beynəlxalq səviyyədə bazarlara yayılmaqdır. İkinci strategiyamızı isə “Ferrari”nin rəhbərinin qısa cümləsi ilə izah edə bilərəm - fərqli “Ferrari” istifadəçiləri üçün fərqli “Ferrari”lər. Bu o deməkdir hər bir “Ferrari” bir-birinə çox oxşar və genetik kodlara malikdir. Amma eyni zamanda, hər bir məhsul fərqli müştəri ehtiyaclarının qarşılanmasını hədəfləyir”.

Məlum oldu ki, salondakı modellər arasında sport avtomobilləri ilə bərabər, gündəlik istifadə üçün nəzərdə tutulan 4 nəfərlik modeli də daxildir.

Brendin icraçı direktoru Andrea Perrone isə qeyd etdi ki, istehsal edilən məhsulun sayı bazarın tələbatından daim az olur: “Biz avtomobil deyil, arzu satırıq. “Ferrari” lüks brenddir”.

Andrea Perrone növbəti hədəflərinin Rusiya bazarları olduğunu dedi: “Ferrari”nin dünya üzrə yarımmilyard fanat ordusu var. Onların arzularını qarşılamaq üçün “Ferrari Store ” yaradılıb. İnsanlar “Ferrari”yə aid nəsə əşya almaqla da aruzlarını qismən qarşılaya bilərlər.

Mərasimdə o da bəlli oldu ki, Bakıdakı salonda qiymətlər 300 min manatdan başlayır. Lakin həvəskarlar “Ferrari”nin milyon dollarlıq modellerini də sifariş edilə bilərlər: “İldə 2 ədəd milyon dollarlıq avtomobil istehsal olunur. Bu, sifariş əsasında reallaşır. Şirkət 2 milyon, hətta 3 milyon dollarlıq da xüsusi model istehsal edə bilər”.

İqtisadiyyat şöbəsi

Foto Xəyal

Oxumağa davam et
Reklam
Reklam

Gündəm