İqtisadi gündəm
2017-ci il dövlət büdcəsinin gəlir və xərcləri artırılır
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
Komitənin üzvü Vahid Əhmədov bildirib ki, iclasda "2017-ci il dövlət büdcəsinə dəyişikliyin edilməsi haqqında" qanun layihəsi müzakirə edilib.
Millət vəkilinin sözlərinə görə, qanun layihəsinə əsasən dövlət
büdcəsinin gəlirlərinin 511 mln. manat, xərclərinin isə təxminən 1
mlrd. manat artırılması təklif olunur: "Proqnoza əsasən, Vergilər
Nazirliyinin xətti ilə dövlət büdcəsinə əlavə olaraq 135 mln. manat
daxil olacaq. Bununla yanaşı, büdcədənkənar gəlirlər hesabına 76
mln. manatın cəlb olunması nəzərdə tutulur. Dövlət Gömrük
Komitəsinin xətti ilə də əlavə vəsaitin cəlb olunması nəzərdə
tutulur ki, bu da gömrük rüsumlarının hesabına formalaşacaq.
Azərbaycan Mərkəzi Bankının mənfəəti də dövlət büdcəsinə daxil
olacaq. Bundan başqa, son dövrlər qəbul etdiyimiz qanunlara əsasən
maliyyə sanksiyaları sərtləşdirilib ki, bu da daxilolmaların
artmasına səbəb olacaq. Yol polisinin sanksiyaları hesabına dövlət
büdcəsinə daxil olan vəsaitin həcminin artırılması nəzərdə tutulub.
Xərclərə gəlincə, SOCAR-a, Əmanətlərin Sığortalanması Fonduna
müəyyən qədər vəsaitin ayrılması nəzərdə tutulub. Bundan başqa,
Azərbaycan Beynəlxalq Bankının avrobondlarının emissiyası ilə
əlaqədar xarici dövlət borcunun yuxarı həddinin 4,5 mlrd. manatadək
artırılması nəzərdə tutulub. Bilirsiniz ki, dövlət başçısının
Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması, o cümlədən
özəlləşdirməyə hazır vəziyyətə gətirilməsi üçün fərmanı var. Bankın
xarici öhdəliklərinin restrukturizasiyası üçün dövlət 4 mlrd. manat
ayıracaq. Beləliklə, dövlət büdcəsinin kəsiri 1 mlrd. 173 mln.
manata yaxın olacaq ki, bu da ÜDM-in 1,8%-nə bərabər olacaq".
Deputat qeyd edib ki, qanun layihəsinə əsasən, neftin baza qiyməti
dəyişməyəcək. "Əlavə daxilolmalar sırf qeyri-neft sektoru üzərində
fokuslanıb", - deyə V.Əhmədov bildirib.
Millət vəkili əlavə edib ki, iqtisadiyyatda gedən proseslər onu deməyə əsas verir ki, dövlət büdcəsinin icrasında problem olmayacaq.
Xatırladaq ki, 2017-ci il dövlət büdcəsi büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri isə 16 mlrd. 900 mln. manat, dövlət büdcəsi kəsirinin yuxarı həddi 645 mln. manat məbləğində təsdiq edilib. (apa)
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama